Symbian OS9.1-9.4 versiyalı smartfonıar üçün SmartMovie proqramı ilə eyni funksiyalara malik olan DivX Player proqramının 08.02.2010 tarixindən yenilənmiş versiyası. Xatırladım ki, bu proqram vasitəsilə (*avi) formatlı videolara baxa bilərsiniz.
Slick - Windows Mobile üçün özündə ICQ, Yahoo, MSN, Jabber, Google Talk və Aim kimi protokolları birləşdirən danışıq proqramıdır. Yenilənmə. Bu versiyada bəzi xırda xətalar aradan qaldırılıb
Symbian OS 9.1-9.4 üçün özündə ICQ, Yahoo, MSN, Jabber, Google Talk və Aim kimi protokolları birləşdirən Slick danışıq proqramının yeni versiyası. Bu versiyada bəzi xırda xətalar aradan qaldırılıb
Symbian OS 9.1-9.4 versiyalı smartfonlarda panaram şəkillər çəkmək üçün olan proqramın yeni versiyası. Yeni versiyada Symian OS 9.4 versiyalı smartfonlar dəstəklənir
Xüsusiyyətləri: - alınan şəkillərin avtomatik korreksiyası; - bir sessiyada 12-yə qədər kadr; - hər kadra səsin olması; - autofocus və s .
Symbian OS 9.4 versiyalı smartfonlar üçün Offscreen Technologies Ltd. şirkətinin istehsalı olan bu proqram vasitəsilə siz bu gün üçün özünüzün bioritmlərinizi öyrənə bilərsiniz. Sadəcə olaraq proqramda dünyaya gəldiyiniz günü seçin və bu gün üçün emosiya, məntiq və fiziki gücünüzün səviyyəsini öyrənin
Symbian OS 9.1-9.4 versiyalı smartfonlar üçün olan bu proqram vasitəsilə smartfonu qoruya bilərsiniz. Proqram həm pullu, həm də pulsuz variantda işləyə bilər
Pulsuz variant: - smartfonu şifrə ilə bloklaşdırmaq; - sim-kart dəyişdikdə smartfonun avtomatik kilidə düşməsi; - sim-kartın dəyişməsi haqqında müntəzəm məlumat; - şifrənin 3 dəfə səhv yığıldığı təqdirdə kameranın işə düşməsi və mümkün şəkillərin çəkilməsi Pullu variant: - smartfonun kilidinin idarə olunması; - siqnalizasiyanın işə düşməsi; - smartfonun koordinatlarını öyrənilməsi və s.
Symbian OS9.1-9.4 versiyalı smartfonlar üçün nəzərdə tutulan bu yeni proqramın köməyilə siz proqramlar menyusundakı istədiyiniz proqram ikonunu gizlədə bilərsiniz. Eyni zamanda proqrama daxil olmaq üçün şifrə də qoya bilərsiniz.