Tayvanın inkşaf etməkdə olan, artıq telefon bazarında dünya nəhənginə çevrilməyə başlayan “HTC” şirkəti bu yaxınlarda rəsmi olaraq yeni məlumatı ictimaiyyətə çatdırıb. Şirkətin verdiyi məlumata görə, Desire və Wildfire modelləri Çin bazarında Android 2.2 Froyo sistemi ilə satışa çıxarılacaq.
Qiymətli materiallardan hazırladığı mobil telefonaları ilə tanınan Gresso şirkəti, 1 milyon dollar dəyərində telefon hazırladı. Böyük bir sərvət dəyərində olan bu mobil telefonunun hazırlanmasında qara və ağ almazdan, qızıldan, kristaldan və həmçinin Afrikadan özəl olaraq gətirilmiş 200 il yaşı olan bir ağacın taxtasından istifadə olunub. Lakin telefondan 3 ədəd hazırlanmışdır. Bu Telefonu ala bilməyənlər üçün Gresso şirkəti, daha ucuz, 20 min dollarlıq bir model hazırlayıb.
Hindistandan qəmgin xəbər gəldi: Dünyada ən məşhur mobil şirkətlərdən biri olan Nokia şirkətinin bir modeli yerli çobanın ölmünə səbəb oldu. Verilmiş məlumata görə, polis meşənin kənarında cəsəd və onun yanında Nokia 1209 modeli görüb. 16 avqustda baş verən bu hadisəyə polislər belə açıqlama veriblər ki, telefon 23 yaşlı çobanın danışığı zamanı partlayıb və qulaq, boyunun ağır yanması ilə əlaqədar olaraq, yerli dünyasını dəyişib. Lakin hadisəyə şahid yoxdur, çünki oğlan meşədə tək olub.
Xatırladım ki, Nokia 1209 modeli 2008-ci ildə, xüsusi olaraq kasıb ölkələr üçün nəzərdə tutularaq istehsal olunub.
Son zamanlar telefon aləmində ən çox sürətlə satılan modellər arasında Android platformasında çalışanlar üstünlük təşkil edirlər. Heç kimə sirr deyil ki, artıq aparılan araşdırmalara görə yaxın 2-3 il ərzində Android platforması Symbian platformasını keçərək dünyada ən geniş yayılmış platforma olacaq. Təbii ki, bu belə olarsa onda bu plaformanın müəllifi olan ”Google” şirkəti də çoxlu gəlir əldə edəcək.
Nokia şirkətinin yeni məhsulu - Nokia X3-02. Telefon dünya bazarına bu ilin 3-cü rübündə çıxarılacaq, rəsmi qiyməti isə 125 avro olacaq.
Telefon əla görünüşə, 2.4 düymlü sensor ekrana, 5 rəngdə mövcud olan və cəmi 0.96mm qalınlığında olan korpusa malikdir. Korpusun arxa qapağı alminium, qalan hissələri isə plastikdir. Daxili yaddaş 50Mb, operativ yaddaş 64Mb, 32Gb həcmində MicroSD dəstəkləyir. Telefon 5Mp, 4 qat zoom'lu kameraya malikdir. Model Series 40 6th Edition platformasında və 3G şəbəkəsində çalışacaq.
Xəbərin ardında model haqqında video görüntüyə baxa bilərsiniz --->>>
Qualcomm şirkəti 2010-cu ilin 4-cü rübündə yeni nəsil Snapdragon prosessorunu istehsal edəcək. İkinüvəli Qualcomm QSD8672 1,5 Ghz sürətində işləyəcək. Bu sürət Snapdragon prosessoru ilə işləyən ən məşhur telefon modelləri olan Nexus One və HTC EVO 4G modellərinin prosessorlarının sürətindən 500 Mhz sürətli olacaq. Qualcomm şirkətinin prezidenti Mark Frankel bildiribki, artıq Yeni ilə qədər bir sıra şirkətlər bu prosessorlu telefon ilə işləyən telefon modelləri istehsal edə biləcəklər
Dünya iqtisadi böhranı hər sahədə öz təsirlərini nümayiş etdirdi. Təbii ki, bu sahələr arasında “Telefon Bazarı” da var idi. Belə bir sual ortaya çıxır. Şirkətlər arasında kim daha çox ziyana düşdü? Əgər aparılan araşdırmalara, statistik məlumatlara istinadən cavab versək onda deməliyik ki, dünya iqtisadi böhranı amerikanın “Motorola” telefon şirkətinə böyük ziyan vurdu.
Telefon aləminə digər şirkətlərin qoşulması çox maraqlı haldı. Amma bu tendensiyanın ən böyük nümayəndəsi məhz “Google” şirkəti oldu. Bu şirkət hamıdan irəli gedərək hal-hazırda telefon bazarında ən güclü sistemlərdən biri olan Android platformasını yaratdı. Bundan başqa sözügedən şirkət həm də “HTC” ilə birgə öz telefon modelini istehsal elədi. Bütün bu təqdirə layiq addımlar qeyri-telefon şirkətlərini yavaş-yavaş bu işə cəlb elədi.
Hal-hazırda dünya telefon bazarında ən güclü telefon şirkətlərindən biri ABŞ-a məxsus oaln “Apple” şirkətidir. Bu yaxınlarda şirkət özünün ən güclü telefon modelini ictimaiyyətə təqdim etdi. Bu gözəl model güclü proqramlaşdırma şirkətlərinin köməyi ilə lider olmağa layiq olan bir telefondur. Buan baxmayaraq modeldə olan ciddi səhv bütün dünyada əks sədaya gətirib çıxartdı. Hətta şirkətin qərarına əsasən bu modellər yenidən geri qaytarılmalı və bu nasazlıq aradan qaldırılmalıdır. Amma bu mümkün iş deyil. Çünki bu əməliyyatı yerinə yetirmək üçün bütün dünyada şirkətə 1.5 milyard dollar pul lazımdır. Ona görə də şirkət bu problemi həll etmək üçün alternativ yollar axtarır.
Dünya telefon bazarında rəqabətdə olan əsas prinsip 2 yerə bölünür. Şirkətlər əvvəlcə keyfiyyət sonra isə satış uğrunda mübarizə aparırlar. Yəni hər bir şirkət 2 əsas amili önəmli sayır. İlk olaraq güclü və keyfiyyətli smartfon istehsal etmək. İkinci olaraq isə həmin smartfonun yüksək satışıdır. İkinci amil şirkətə ikiqat xeyir verir. Belə ki, satış yüksək olanda şirkət çoxlu gəlir əldə edir. Amma ən əsas məsələ orasındadır ki, yüksək satış həcmi ilk olaraq digər şirkətlərə “Mən güclüyəm, buda sübutum” kimi cümlələri deməyə imkan verir.
Nokia şirkətinin rəsmi saytında təsadüfən yeni smartfon - Nokia C6-01 modeli tapılmışdır. Bu model Nokia C6 modelinin davamçısı olsa da, görünüşünə görə bu modeldən fərqlənir. Hələlik məlum olan budur ki, kamera 5Mp-dən 8Mp-yə yüksəldilib. Güman edilir ki, digər texniki xüsusiyyətlər Nokia C6-da oluğu kimi qalacaq. Xarici görünüşünə gəldikdə isə telefonun korpusu demək olar ki, tamamilə fərqlənir. Lakin oxşarlıqlar mövcuddur. Bu model də özündə yan slayderləri və QWERTY klaviatura nümayiş etdirəcək. Smartfon Symbian OS 9.4 (S60 5th Edition) platformasında işləyəcək. Displeyi isə 360x640 pikselli, 3.2 düym olacaq.
Çin şirkəti ZTE söz verdiyi kimi, Android 2.1 platformasında çalışan, münasib qiymətli Racer modelini istehsal etdi. Tech Digest-in verdiyi məlumata görə bu model ilk dəfə olaraq Böyük Britaniyada təqdim olunacaq. Telefon modelinin ekvivolentdəki qiyməti 150$ olacaq.
Smartfonun texniki xüsusiyyətləri: 2.8 düymlü, 240x320 pikselli displey, 256mb daxili yaddaş, MikroSD dəstəyi (komplektdə 2gb), 3.2Mp kamera, FM-Tuner, Bluetooth, Wi-Fi, GPS modulları. Smartfon üçüncü nəsil şəbəkəni - HSDPA-nı dəstəkləyir. Telefonun ölçüləri 102x55x14,5 mm, çəkisi 100qr-dır.
Cənubi Koreya şirkəti Pantech Android 2.1 platformasında işləyən Vega IM-A650S smartfonunu ictimaiyyətə təqdim etdi. Telefon dizaynına görə iPhone 4-ə oxşayır və 3D interfeysi ilə fərqlənir. Təssüf ki, telefon əsasən Cənubi Koreyada satışa buraxılacaq.
Telefonun texniki xüsusiyyətləri: 3.7 düymlü AMOLED displey, 1000 Mhz sürətli prosessor, 5Mp kamera, MikroSD dəstəyi, Wi-Fi, Bluetooth, GPS şəbəkələrinin dəstəklənməsi.
Hindistanda Lava adlı şirkət qeyri-adlı klaviaturaya malik B5 modelini təqdim etdi. Telefon ilk görünüşdən BlackBerry-yə oxşasa da qeyri-adi klaviaturasına görə digər telefon modellərondən fərqlənir. Beləki, telefonun klaviaturasındakı hərflər əlifba sırası ilə düzülüb. Lava şirkəti izah edir ki, bu model QWERTY-klaviatura ilə tanış olmayan abonentlər üçün rahat olacaq.
B5 modelinin texniki xüsusiyyətləri: 2.2 düymlü, 320x240 pikselli displey, 2Mp kamera, Bluetooth, FM-Tuner, yaddaş kartı və 2 SİM kartın dəstəklənməsi. Hindistanda telefon 95$ qiymətində satışa çıxarılacaq.