Android telefonlar üçün (*.apk) formatında mükəmməl ofis prqoramı. Zəngin xüsusiyyətlərə malik olan bu proqramla Microsoft Word və Excel fayllarını aça, onları redaktə edə, PowerPoint və PDF fayllarını oxuya bilərsiniz.
Trip Journal Lite - əsasən səyahət sevən turistlər üçün nəzərdə tutulmuş proqramdır. Proqram sizə səyahət etdiyiniz yerlər haqqında qeydlər aparmağa və başqa vacib şeylər etməyə imkan verir. Proqram məlumatları xəritəyə qoymağa da imkan verir. Aparılan qeydlər KMZ formatında saxlanılır hansıki siz onları Google Earth proqramı ilə aça bilərsiniz.
Android 1.x platformalı smartfonlarda qeydlər aparmaq üçün nəzərdə tutulmuş proqramın yeni versiyası.
Xüsusiyyətləri: - İstənilən ölçüdə qeydlərin aparılması; - Qeydlərin Bluetooth və SMS şəklində göndərilməsi; - Mətnlərdə və qeydlərdə axtarış aparmaq; - Əsas ekrana qeydin yerləşdirilməsi; - Qeydlərin qruplaşdırılması və s.
Android 1.x platformalı smartfonlar üçün (*.apk) formatında çox funksiyalı hesablayıcı programı. Proqram özündə adi riyazi əməllərdən başqa sinus, kosinus, tangens, arksinus, arkkosinus, qiperbolik və tərs qiperbolik funksiya, radian və s. kimi triqonometrik və loqarifm, kök, faktorial kimi riyazi funksiyaları birləşdirir.Bundan əlavə istədiyiniz tənliyi həll edə bilər və hətta qrafik çəkə bilər.