Symbian OS 9.1-9.3 platformalı smartfonlar üçün olan maraqlı proqramın Azərbaycan dili əlavə edilmiş versiyası. Bu proqram sizin təyin etdiyiniz standart bölmələri, proqramları və oyunları telefon yanan kimi aktiv rejimə salır. İstədiyiniz bölməni və aktivləşdirmək rejimini seçin. Bundan sonra telefonuvuz yanan kimi təyin etdiyiniz bölmələr seçdiyiniz rejimə əsasən işə düşəcək.
Symbian OS 9.1-9.3 versiyalı smartfonlar üçün telefonda olan proqram, oyun və standart bölmələr ilə əlaqəni tez saxlamaq üçün nəzərdə tutulmuş proqramın Azərbaycan dili əlavə edilmiş versiyası. Bura daxil olub əvvəlcə sizə lazım olan 12 ədəd oyun, proqram və müxtəlif funksiyaların adlarını seçirik. Bundan sonra təyin etdiyiniz fayllar sürətli giriş funksiyasına malik olacaq. Belə ki, siz daha həmin kontentləri açmaq üçün əlavə yerlərə girməyəcəksiz. Telefonda olan "C" (delete) düyməsini basıb saxlayın. Bundan sonra "Phone Shortcuts" proqramı işə düşəcək. Hər rəqəmə bir bölmə yerləşdirdiyiniz üçün onlara sürətlə daxil olmaq üçün həmin rəqəmi basmaq kifayətdir.Bu proqram sizə daha çox lazım olan bölmələrə tez daxil olmaq üçün əlverişli imkan yaradır.
Symbian OS 9.1-9.4 versiyalı smartfonlarda olan standart proqram menecerini (Äèñïåò÷åð ïðèëîæåíèé-Rus, Application Manager-Eng) əvəzləyə bilən çoxfunksiyalı proqramın Azərbaycan dili əlavə edilmiş versiyası.Bu proqram telefonda olan həmkarından daha rahat olması və geniş imkanlara malik olmasına görə fərqlənir. Buraya daxil olduqda 3 bölmə açılacaq. İlk bölmədə yalnız (*.sis) və (*.sisx) formatlı fayllar olacaq. İkinci bölmədə yalnız temalar olacaq. Üçüncü bölmədə isə yalnız (*.jar) və (*.wgz) (java və vidjet) formatında olan fayllar olacaq. Siz telefonun yaddaşına və kartına quraşdırılmış faylı asanlıqla silə bilərsiz. Rahatlığınız üçün eyni anda işarələdiyiniz qədər faylların silinməsi imkanı da mövcuddur. Bu yeni versiyanı quraşdırmazdan əvvəl köhnə versiyanı telefondan silin.
Xüsusiyyətlər: - Bir və ya eyni zamanda bir neçə (*.sis) və (*.sisx) faylların silinməsi; - Bir və ya eyni zamanda bir neçə quraşdırılmış temaların silinməsi; - Bir və ya eyni zamanda bir neçə (*.jar) və (*.wgz) (vidjet, asma) faylların silinməsi; - Hər bir quraşdırılmış proqram haqqında ətraflı məlumat (adı, istehsalçı, UID, sertifikat və s.). Yeniliklər: - Yeni ikon əlavə edilib; - Azərbaycan dili əlavə edilib (qeyri rəsmi).
Symbian OS 9.1-9.4 versiyalı smartfonlarda proqramları, oyunları və standart telefon bölmələrini şifrə ilə müdafiə ütmək üçün təyin olunmuş proqramın Azərbaycan dili əlavə edilmiş versiyası. Proqrama daxil olaraq istədiyiniz bölməni şifrə ilə müdafiə edə bilərsiz. Bundan sonra həmin bölməyə daxil olmaq üçün sizin təyin etdiyiniz şifrəni daxil etmək lazım olacaq. Səhv daxil edildikdə həmin bölmə açılmayacaq.
Symbian OS 9.1-9.4 versiyalı smartfonlarda olan standart proqram menecerini (Äèñïåò÷åð ïðèëîæåíèé-Rus, Application Manager-Eng) əvəzləyə bilən çoxfunksiyalı proqramın Azərbaycan dili əlavə edilmiş yeni versiyası.Bu proqram telefonda olan həmkarından daha rahat olması və geniş imkanlara malik olmasına görə fərqlənir. Buraya daxil olduqda 3 bölmə açılacaq. İlk bölmədə yalnız (*.sis) və (*.sisx) formatlı fayllar olacaq. İkinci bölmədə yalnız temalar olacaq. Üçüncü bölmədə isə yalnız (*.jar) və (*.wgz) (java və vidjet) formatında olan fayllar olacaq. Siz telefonun yaddaşına və kartına quraşdırılmış faylı asanlıqla silə bilərsiz. Rahatlığınız üçün eyni anda işarələdiyiniz qədər faylların silinməsi imkanı da mövcuddur.
Xüsusiyyətləri: - Bir və ya eyni zamanda bir neçə (*.sis) və (*.sisx) faylların silinməsi; - Bir və ya eyni zamanda bir neçə quraşdırılmış temaların silinməsi; - Bir və ya eyni zamanda bir neçə (*.jar) və (*.wgz) (vidjet, asma) faylların silinməsi; - Hər bir quraşdırılmış proqram haqqında ətraflı məlumat (adı, istehsalçı, UID, sertifikat və s.).
Symbian OS 9.1-9.4 platformalı telefonlarda internetin trafikinə nəzarət etmək üçün olan proqramın yeni versiyası. Bu proqramın köməkliyi ilə gündəlik statistikaya baxa bilərsiniz və hər gün üçün tarfikə limit qoya bilərsiniz.
Yeniliklər: - Proqrama rəsmi olaraq Azərbaycan dili əlavə edilib.
Symbian OS 9.1-9.4 platformalı telefonlarda internetin trafikinə nəzarət etmək üçün olan proqramın Azərbaycan dilinə tərcümə olunmuş yeni versiyası. Bu proqramın köməkliyi ilə gündəlik statistikaya baxa bilərsiniz və hər gün üçün tarfikə limit qoya bilərsiniz.
Yeniliklər: - Lokalizasiyada baş verən problem aradan qaldırılıb
Symbian OS 9.1-9.4 platformalı smartfonlarda mühafizə sistemi sındırıldıqdan sonra "patch" faylları aktiv etmək üçün lazım olan proqramın Azərbaycan dilinə tərcümə olunmuş final versiyası.
Xüsusiyyətlər: - Patch faylların aktiv/deaktiv edilməsi; - Patch faylların avtomatik rejimdə işləməsi; - Patch fayllar haqqında məlumat. Yeniliklər: - Proqramın stabilliyi artırılıb; - "Patch Məlumatı" bölməsində artıq bütün informasiyalar əks olunur.
Symbian OS 9.1-9.3 platformalı smartfonlarda daxil olan zənglərə tam ekran şəkil qoymaq üçün nəzərdə tutulmuş proqramın Azərbaycan dilinə tərcümə olunmuş versiyası.
Symbian OS 9.1-9.3 platformalı telefonlarda kursorun (joystik) düymələrini rəqəmlərlə əvəz edən proqramın Azərbaycan dilinə tərcümə olunmuş versiyası. Proqramı aktiv/deaktiv etmək üçün yaşıl düyməni basılı saxlamaq lazımdır. Proqramı aktiv etdikdən sonra aşağıdakı düymələri basaraq göstərilən əmrləri yerinə yetirmiş olacaqsınız.
Düymələrin funksiyaları: 2 - yuxarı 8 - aşağı 4 - sola 6 - sağa 5 - ok
[!] Proqrama aid olan şəkildə idarətmə əmrləri ingiliscə yazılıb. Buna əsas səbəb həmin görüntünün şəkil formatında olmasıdır. Görüntü üzərində redaktə aparmadığım üçün sizin nəzərinə çatdırıram ki, elə sanmayasız ki, proqram sona qədər tərcümə olunmayıb. Bu proqramın dil paketi başdan-ayağa qədər bizim dilə tərcümə olunub. Redaktə olunmayan yeganə bölmə proqram açılanda arxa fonu sarı olan şəkildir. Bu şəkildə sözlər ingiliscə yazılıb.
Symbian OS 9.1-9.3 platformasında əlaqələrə (kontaktlara) şəkil qoymaq üçün nəzərdə tutulmuş proqramın Azərbaycan dilinə tərcümə olunmuş yeni versiyası
Symbian OS 9.1-9.4 versiyalı smartfonlar üçün ekran işığını yanılı vəziyyətdə saxlayaraq ondan fonar kimi istifadə etməyi təmin edən proqramın Azərbaycan dilinə tərcümə olunmuş yeni versiyası. Proqram fon rejimində işləyir.
Symbian OS 9.1-9.4 platformalı smartfonlarda operatorun adını dəyişmək üçün nəzərdə tutulmuş proqramın Azərbaycan dilinə tərcümə olunmuş yeni versiyası. Bu proqramı digər eynifunksiyalı proqramlardan fərqləndirən əsas cəhəti orasındadır ki, siz telefonu yenidən başlatmadan (restart), əlavə funksiyalar yerinə yetirmədən operatorun adını istədiyiniz mətnə dəyişə bilərsiniz. Operatorun adını qaytarmaq üçün isə sadəcə proqramdan çıxış etmək lazımdır. Proqramda avtobaşlama funksiyası da mövcuddur.
Symbian OS 9.1-9.3 platformalı smartfonlar üçün, əsas funksiyası hamımıza yaxşı tanış olan WinRar proqramının Azərbaycan dilinə tərcümə olunmuş yeni versiyası. Bu proqramın köməyi ilə siz telefonda olan (*.rar) və (*.zip) formatlı arxivləri asanlıqla aça bilər və içindəki faylları çıxarda bilərsiz.
Symbian OS 9.1-9.3 platformalı smartfonları təyin etdiyiniz vaxtda söndürmək üçün nəzərdə tutulmuş proqramın Azərbaycan dilinə tərcümə olunmuş yeni versiyası.
İstifadə qaydası: - Başlam vaxtı- Telefonu söndürmək istədiyiniz vaxtı bura yazın; - Sona çatma vaxtı- Burada telefonun yanma vaxtını yazın; - Period (dəqiqə)- Buraya yazdığınız period çox önəmlidir. Əgər siz bura məsəlçün 1 dəqiqə yazsaz onda başlama vaxtı çatan kimi 1 dəqiqə ərzində telefona toxunmasalar (düymələrə basılmasa) onda telefon proqram tərəfindən söndürüləcək.