Symbian OS 9.1-9.4 versiyalı smartfonlarda olan standart proqram menecerini (Äèñïåò÷åð ïðèëîæåíèé-Rus, Application Manager-Eng) əvəzləyə bilən çoxfunksiyalı proqramın Azərbaycan dili əlavə edilmiş versiyası.Bu proqram telefonda olan həmkarından daha rahat olması və geniş imkanlara malik olmasına görə fərqlənir. Buraya daxil olduqda 3 bölmə açılacaq. İlk bölmədə yalnız (*.sis) və (*.sisx) formatlı fayllar olacaq. İkinci bölmədə yalnız temalar olacaq. Üçüncü bölmədə isə yalnız (*.jar) və (*.wgz) (java və vidjet) formatında olan fayllar olacaq. Siz telefonun yaddaşına və kartına quraşdırılmış faylı asanlıqla silə bilərsiz. Rahatlığınız üçün eyni anda işarələdiyiniz qədər faylların silinməsi imkanı da mövcuddur. Bu yeni versiyanı quraşdırmazdan əvvəl köhnə versiyanı telefondan silin.
Xüsusiyyətlər: - Bir və ya eyni zamanda bir neçə (*.sis) və (*.sisx) faylların silinməsi; - Bir və ya eyni zamanda bir neçə quraşdırılmış temaların silinməsi; - Bir və ya eyni zamanda bir neçə (*.jar) və (*.wgz) (vidjet, asma) faylların silinməsi; - Hər bir quraşdırılmış proqram haqqında ətraflı məlumat (adı, istehsalçı, UID, sertifikat və s.). Yeniliklər: - Yeni ikon əlavə edilib; - Azərbaycan dili əlavə edilib (qeyri rəsmi).
Symbian OS 9.1-9.4 versiyalı smartfonlarda proqramları, oyunları və standart telefon bölmələrini şifrə ilə müdafiə ütmək üçün təyin olunmuş proqramın Azərbaycan dili əlavə edilmiş versiyası. Proqrama daxil olaraq istədiyiniz bölməni şifrə ilə müdafiə edə bilərsiz. Bundan sonra həmin bölməyə daxil olmaq üçün sizin təyin etdiyiniz şifrəni daxil etmək lazım olacaq. Səhv daxil edildikdə həmin bölmə açılmayacaq.
Symbian OS 9.1-9.4 versiyalı smartfonlarda olan standart proqram menecerini (Äèñïåò÷åð ïðèëîæåíèé-Rus, Application Manager-Eng) əvəzləyə bilən çoxfunksiyalı proqramın Azərbaycan dili əlavə edilmiş yeni versiyası.Bu proqram telefonda olan həmkarından daha rahat olması və geniş imkanlara malik olmasına görə fərqlənir. Buraya daxil olduqda 3 bölmə açılacaq. İlk bölmədə yalnız (*.sis) və (*.sisx) formatlı fayllar olacaq. İkinci bölmədə yalnız temalar olacaq. Üçüncü bölmədə isə yalnız (*.jar) və (*.wgz) (java və vidjet) formatında olan fayllar olacaq. Siz telefonun yaddaşına və kartına quraşdırılmış faylı asanlıqla silə bilərsiz. Rahatlığınız üçün eyni anda işarələdiyiniz qədər faylların silinməsi imkanı da mövcuddur.
Xüsusiyyətləri: - Bir və ya eyni zamanda bir neçə (*.sis) və (*.sisx) faylların silinməsi; - Bir və ya eyni zamanda bir neçə quraşdırılmış temaların silinməsi; - Bir və ya eyni zamanda bir neçə (*.jar) və (*.wgz) (vidjet, asma) faylların silinməsi; - Hər bir quraşdırılmış proqram haqqında ətraflı məlumat (adı, istehsalçı, UID, sertifikat və s.).
Symbian OS 9.1-9.4 platformalı telefonlarda internetin trafikinə nəzarət etmək üçün olan proqramın yeni versiyası. Bu proqramın köməkliyi ilə gündəlik statistikaya baxa bilərsiniz və hər gün üçün tarfikə limit qoya bilərsiniz.
Yeniliklər: - Proqrama rəsmi olaraq Azərbaycan dili əlavə edilib.
Symbian OS 9.1-9.4 platformalı telefonlarda internetin trafikinə nəzarət etmək üçün olan proqramın Azərbaycan dilinə tərcümə olunmuş yeni versiyası. Bu proqramın köməkliyi ilə gündəlik statistikaya baxa bilərsiniz və hər gün üçün tarfikə limit qoya bilərsiniz.
Yeniliklər: - Lokalizasiyada baş verən problem aradan qaldırılıb
Symbian OS 9.1-9.4 platformalı smartfonlarda mühafizə sistemi sındırıldıqdan sonra "patch" faylları aktiv etmək üçün lazım olan proqramın Azərbaycan dilinə tərcümə olunmuş final versiyası.
Xüsusiyyətlər: - Patch faylların aktiv/deaktiv edilməsi; - Patch faylların avtomatik rejimdə işləməsi; - Patch fayllar haqqında məlumat. Yeniliklər: - Proqramın stabilliyi artırılıb; - "Patch Məlumatı" bölməsində artıq bütün informasiyalar əks olunur.
Symbian OS 9.1-9.4 versiyalı smartfonlar üçün ekran işığını yanılı vəziyyətdə saxlayaraq ondan fonar kimi istifadə etməyi təmin edən proqramın Azərbaycan dilinə tərcümə olunmuş yeni versiyası. Proqram fon rejimində işləyir.
Symbian OS 9.1-9.4 platformalı smartfonlarda operatorun adını dəyişmək üçün nəzərdə tutulmuş proqramın Azərbaycan dilinə tərcümə olunmuş yeni versiyası. Bu proqramı digər eynifunksiyalı proqramlardan fərqləndirən əsas cəhəti orasındadır ki, siz telefonu yenidən başlatmadan (restart), əlavə funksiyalar yerinə yetirmədən operatorun adını istədiyiniz mətnə dəyişə bilərsiniz. Operatorun adını qaytarmaq üçün isə sadəcə proqramdan çıxış etmək lazımdır. Proqramda avtobaşlama funksiyası da mövcuddur.
Symbian OS 9.1-9.4 versiyalı smartfonlar üçün "Lonely Cat Games" şirkətinin istehsalı olan və Azərbaycan dilinə tərcümə olumuş bu proqram telefonda (*.avi), (*.3gp), (*.mp4) və (*.flv) formatlı videolara baxmağa imkan verir.
Xüsusiyyətləri: - Əla pleyer funksiyaları; - Yüksək sürətli konvertorlaşdırma; - DirectShow kodekinin dəstəklənməsi; - Video-ya bir neçə dildə baxmaq imkanı; - Videoya baxmaq üçün 2 rejim (Portret və Peyzaj) və s.
Yalnız lisenziyalı istifadəçilər üçün Ardından proqramın özünü, video çeviricini və video faylları çevirmək üçün lazım olan kodek paketini yükləyə bilərsiniz--->
Dr. Web antivirus proqramının Azərbaycan dilinə tərcümə etdiyim versiyası
Dr.Web - OS9.1-9.4 versiyalı platformalar üçün nəzərdə tutulmuş güclü antivirus proqramıdır. Bu proqram mobil telefonunuzu zərərli obyektlərdən və internet-təhlükələrdən qorumağa xidmət edir. Proqramın imkanları sırasına eyni zamanda daxil olan zənglərin və mesajların süzgəcdən keçirilməsi də daxildir. Yenilənmə
Xüsusiyyətləri: - Ayarlara uyğun olaraq bütün fayl sisteminin və ya ayrılıqda qovluqların/faylların gözdən keçirilməsi; - Kartın yaddaşındakı fayl və qovluqların gözdən keçirilməsi; - Aşkarlanmış virusların silinməsi və ya karantinə yerləşdirilməsi; - Ayarlanmış ağ/qara siyahıya uyğun olaraq daxil olan zəng və mesajların süzgəcdən keçirilməsi; - İnternet vasitəsilə virus bazasının yenilənməsi və s.
[!] Arxivdə faylın dərmanı və onun quraşdırılması qaydası göstərilib
FreeSigner - OS9.1-9.4 versiyalı smartfonlarda faylları rahatlıqla sertifikatlaşdırmaq üçün nəzərdə tutulan proqramdır. Bu versiya mənim tərəfimdən tərcümə edilən Azərbaycan versiyasıdır.
Funksiyaları: - Tapşırıq əlavə etmək - əməliyyat görülməsi üçün faylın və yerinə yetiriləcək əməliyyatın(sertifikatlaşdırmaq, şəxsi sertifikat və sertifikatı silmək) seçilməsi: • Sertifikatlaşdırmaq - bu funksiya ilə siz lazımi faylları öncədən alınmış CER və KEY fayllarının köməyilə sertifikatlaşdıra bilərsiniz. Sertifikatların alınması qaydasını buradan və ya buradan oxuya bilərsiniz. • Şəxsi(və ya özəl) sertifikatla sertifikatlaşdırmaq - bəzi proqramların özləri ilə gələn sertifikatla və ya konkret fayllar üçün istifadə olunan sertifikatlaşdırma üsulu. • Sertifikatı silmək - öncədən sertifikatlaşdırılan fayldakı sertifikatın kənar edilməsi. - İrəli! - bu funksiya əlavə edilən tapşırığı yerinə yetirmək üçün istifadə olunur.
Symbian OS 9.4 platformalı smartfonlar üçün telefona yalançı zənglərin gəlməsini təmin edən proqramın yeni rəsmi versiyası. Proqrama daxil olduqdan sonra istədiyiniz nömrəni və zəngin gəlmə vaxtını təyin edin. Bundan sonra qeyd etdiyiniz nömrədən sizə yalançı zəng gələcək. Artıq yeni versiyada rəsmi şəkildə Azərbaycan dili mövcuddur. Tərcümə SaMaD-a məxsusdur. Onu qeyd edim ki, istehsalçıya göndərilən dillər arasında Azərbaycan dili ilə yanaşı Rus dili də mövcud idi, lakin nədənsə istehsalçı Rus dilini qəbul etməyiblər.
Symbian OS 9.4 platformalı smartfonlar üçün telefona yalançı zənglərin gəlməsini təmin edən proqramın Azərbaycan dilinə tərcümə etdiyim qeyri-rəsmi versiyası. Proqrama daxil olduqdan sonra istədiyiniz nömrəni və zəngin gəlmə vaxtını təyin edin. Bundan sonra qeyd etdiyiniz nömrədən sizə yalançı zəng gələcək. Tərcümə faylını istehsalçılara göndərmişəm. Növbəti versiyalarda Azərbaycan dili rəsmi versiyaya əlavə ediləcək.
Symbian OS 9.1-9.4 versiyalı smartfonlar üçün olan bu proqram telefonu kilidə saldıqdan sonra ekranda böyük ölçülü saat və buraxılmış zənglər haqqında məlumatı canlandırır. Yenilənmə.
Bu versiyada proqrama rəsmi olaraq Azərbaycan dili əlavə edilib
Bu proqram təyin etdiyiniz vaxt intervalında telefonun temasını dəyişir. İstədiyiniz temanı təyin etdiyiniz profilə görə də dəyişə bilərsiz. Symbian OS 9.1-9.4 üçün. Yenilənmə
Bu versiyada proqrama rəsmi olaraq Azərbaycan dili əlavə edilib