1. Mobilim.az saytının bütün imkanlarından istifadə hüququ yalnız qeydiyyatlı istifadəçilərə məxsusdur. Qeydiyyatsız istifadəçilərin saytın imkanlarından istifadəsinə icazə verilmir. 2. Saytın rəsmi dili Azərbaycan dilidir və Azərbaycan vətəndaşları tərəfindən göndərilən xəbər və ismarıclar, aparılan virtual dialoqlar Azərbaycan dilində olmalıdır. 3. Mobilim.az saytının idarə heyəti: 3.1 milli adət-ənənələrəmizə zidd olan 3.2 əxlaq qaydalarını pozan, cinsi məzmunlu 3.3 Azərbaycan vətəndaşları arasında milli, irqi, dini ayrı-seçkilik yaradan 3.4 dövlətçilik mənafelərinə zidd olan 3.5 hər hansı bir dini və siyasi qrupun ekstremist fikirlərini təbliğ edən 3.6 tərkibində sərt, alçaldıcı söz və kobud ifadələr olan, sataşma xarakterli 3.7 forum xaricindəki şəxslərə və ictimai-siyasi, mədəni təşkilatlara zərər verən 3.8 müzakirə obyekti olan mövzunu sapdıran 3.9 insan haqlarına xələl gətirən 3.10 maarifləndirici, düşündürücü olmayan, yalnız əyləndirici xarakter daşıyan 3.11 ifrat dil xətalarına yol verilən 3.12 mimikalar paketindən ifrat dərəcədə istifadə edilən 3.13 ikili dialoq şəklində davam edən və üçüncü şəxsə maraqlı olmayan, “söhbət” (çat) xarakterli 3.14 zorakılığa çağıran və ya zorakılıqla assosiasiya olunan 3.15 sayt idarəçiləri ilə mübahisə etdikdə ismarıcları, istifadəçi adlarını, imzaları və istifadəçi şəkillərini (avataraları) bağlamaq, silmək və ya onlar üzərində düzəlişlər etmək səlahiyyətinə malikdir. 4. Mobilim.az saytına göndərilən xəbər və materialların daxili məzmunu üçün bütün məsuliyyəti müəllif istifadəçi daşıyır və Mobilim.az heç bir şəkildə istifadəçilərin fikir və yazıları üçün cavabdeh deyil. 5. Mobilim.az saytına hər hansı bir müəssisə və ya təşkilatın ticari məqsəd və mənafelərinə xidmət edən reklam və reklam tipli elanları əhatə edən xəbər və ya ismarıclar yerləşdirmək qadağandır. Ümumiyyətlə, bu tip materialların təsbiti və onlar haqqında hüquqi qərar Mobilim.az-a aiddir. 6. Mobilim.az saytına birdən artıq istifadəçi adı ilə üzv olmaq qadağandır. Bu kimi hallar təsbit olunduğu təqdirdə müvafiq hüquqi tədbirlər görüləcəkdir. Bu hüquqi tədbirlər istifadəçi hesabının deaktivləşdirilməsi, silinməsi və istifadəçinin sayta girişinin müəyyən müddət üçün məhdudlaşdırılması kimi addımların atılması ilə həyata keçiriləcəkdir. 7. Mobilim.az saytına göndərilmiş materiallardan sayt üzvləri və ya saytdan kənar şəxslər istifadə etdikləri zaman istinad göstərmələri tövsiyə edilir. 8. Mobilim.az saytının ümumi istifadəyə açıq bölmələrində verilən şəxsi məlumatların sui-istifadəsi nəticəsində yaranacaq problemlərdə şəxsi məlumatlarını könüllü olaraq açıq qeyd edən şəxsin məhz özü məsuliyyət daşıyır və bu halda Mobilim.az heç bir hüquqi və mənəvi məsuliyyət daşımır. 8. Mobilim.az saytı qayda-qanunlarına tabe olmayan istifadəçinin əvvəldən sayta üzvlüyü arzuolunmazdır. Lakin əvvəldən qəbul edib, sonradan yuxarıda qeyd edilən qanunlara tabe olmayan, saytın cizgisinə xələl gətirən üzvə qarşı hüququn imkan verdiyi müvafiq tədbirlərə əl atılacaqdır. Bu tədbirlər silsiləsinə sayt idarə hey’əti tərəfindən rəsmi xəbərdarlıq, yazıların silinməsi və redaktə edilməsi, müəyyən müddət üçün hesabın deaktivləşdirilməsi, qeydiyyatın silinməsi və ən nəhayət sayta girişin bağlanması daxildir. 9. Mobilim.az saytına üzv olan və saytın imkanlarından istifadə edən hər bir üzv yuxarıda qeyd edilmiş qanunları və bütün hüquqi məsuliyyətləri qəbul etmiş hesab olunur. 10. Mobilim.az yuxarıda bəyan edilən bütün qayda-qanunlar üzərində ehtiyac yarandığı zaman dəyişikliklər və əlavələr etmək hüququna sahibdir. |